Necə İşləyir?
Solit Nəqliyyat İzləmə Sistemləri sizə daha çevik və qazanclı bir şəkildə fəaliyyət göstərməniz üçün şərait yaradır. Nəqliyyat vasitələrinizi səmərəli şəkildə izləyə və idarə edə bilməniz üçün onlara xüsusi bir GPS cihazı quraşdırılır. Bu cihaz peykdən aldığı mövqe, sürət, məsafə və digər telematik məlumatları GPRS vasitəsilə əlaqə mərkəzinə göndərir. Serverlər tərəfindən alınan bu məlumatlar internet üzərindən oxunabiləcək formatda müştərilərə təqdim olunur.
Necə İstifadə Olunur?
Solit
Nəqliyyat İzləmə Sisteminə internet üzərindən istədiyiniz zaman sürətli və etibarlı bir şəkildə daxil ola bilərsiniz. Solit Nəqliyyat İzləmə Sistemindən istifadə edərək nəqliyyat vasitələrinizi dəqiq küçə ünvanları üzrə Azərbaycan, Türkiyə, eləcə də Dünya xəritələrindən izləyə bilərsiniz. Bu sistem sayəsində siz nəqliyyat vasitələriniz üçün keçmişə aid hesabatlar əldə edə və onlara uzaqdan müdaxilə edə bilərsiniz. |